İstifadə şərtləri
- Həqiqi adınız və soyadınız ilə sistemdə qeyd ola bilərsiniz.
- İstifadəçilər e-mail təsdiqləməsi etməlidirlər.
- Qeydiyyatdan keçmiş e-mail ilə bildiriş almağı istifadəçilərin qəbul etməsi hesab olunur.
- Yaradılan istifadəçi hesabı başqasına verilə bilməz.
- İstifadəçi hesabıyla xidmət ala və ya xidmət sata bilər.
- İstifadəçi balansını mümkün olan vasitələr ilə artıra bilər.
- İstifadəçi balansındakı pulu xidmət almağa sərf edə bilər və ya mümkün olan vasitələr ilə balansdan məxaric edə bilər.
- Balansdan məxaric edərkən komissiya faizi 20%-dir.
- Qeydiyyat silinə bilməz.

Sistemdə xidməti alan Sifarişçi, xidmət satan isə Satıcı adlanır.

- Sifarişçi xidmət sifariş edən zaman xidmətdə qeyd olunan şərtləri qəbul etmiş sayılır.
- Şifariş verilən zaman xidmətin dəyəri Sifarişçinin balansından çıxılır.
- Satın alınan xidmətlərin təslimat müddəti satıcı tərəfindən müəyyən olunur.
- Satın alınan xidmətlərin təslimat müddəti satıcı tərəfindən müəyyən olunur.
- Xidməti aldıqdan sonra 48 saat ərzində satıcı sifarişi qəbul etməlidir.
- 48 saat ərzində satıcı tərəfindən qəbul olunmayan sifarişin məbləği sifarişçi hesabına geri qaytarılır.
- Sifarişçi satıcı sifarişi qəbul etmədiyi müddətə qədər sifarişi ləğv etmək hüququ vardır.
- Sifarişin ləğv olunduğu təqdirdə məbləğ sifarişçinin hesabına anında qayıdır.
- Sifariş ləğv olunan zaman mütləq əsaslı səbəb qeyd olunmalıdır.
- Sifarişçi satıcı ilə sistem daxili mesajlaşma ilə əlaqə qura bilər. Sifarişin statusu ilə bağlı daha detallı məlumat ala bilər.
- Satıcı qəbul etdiyi sifariş barədə məsuliyyət dərk etməli və sifarişi zamanında təhvil verməlidir.
- Satıcı sifarişi gecikdirəcəyi təqdirdə Sifarişçi ilə əlaqə quraraq bu barədə məlumat verməlidir.
- Təslimat zamanı sona çatıbsa və Sifarişçi sifarişin ləğv edilməsini istəyirsə bu mümkündür. Ləğv üçün Sistem rəhbərliyinə məktub yaza bilər.
- Satıcı tərəfindən sifariş təhvil verildikdən sonra Sifarişçi sifarişi qəbul etdiyini təsdiq etməlidir. Sifarişçinin sifariş barədə etirazı varsa bu barədə Sistem rəhbərliyinə məktub yazmalıdır. Sifariş təhvil verildikdən sonra şikayət olmazsa 48 saat sonra sifariş avtomatik təsdiq olunmuş hesab olunur.
- Satıcı satdığı xidmətə görə qazancı yalnız bütün əməliyyatlar yekunlaşıb, sifarişin qəbul olunduğu təsdiqləndikdən sonra ala bilər.
- Sifarişçilərin Satıcılar ilə sistemdən kənar əlaqə qurması qadağandır.
- Daxili mesajlaşma zamanı əlaqə vasitələrinin paylaşılması qadağandır. Belə hal aşkar olunarsa həmin hesab deaktiv olunacaq.
- Sistem daxili qaydalara əməl etməyən hesablar deaktiv olunacaq.

Sistem rəhbərliyi istifadə şərtlərində etik prinsiplərə sadiq qalmaqla istifadəçilərə hər hansı bildiriş göndərmədən dəyişiklik edə bilər. Sistemdə qeydiyyat olan hər kəs bu şərtləri oxumuş və qəbul etmiş sayılır.
Satıcı ilə müqavilə
- Satıcı sistemə sayt əlavə etdikdən sonra HTML fayl vasitəsi ilə saytın özünə məxsus olduğunu təsdiq edir.
- Tanıtım yazısı paylaşılan sayt, forum və ya sosial şəbəkə kanalları etik qaydalara uyğun olmalı, pornoqrafiq tipli olmamalıdır.
- Gələn sifarişlərlə bağlı Sistem tərəfindən Satıcıya email vatisəsi ilə və sistemdə bildiriş göndərilir.
- İstənilən kateqoriyalı (+18 xaric) sayt sistemdə qeyd ola bilər və tanırım yazısı yayımlaya bilər.
- Tanıtım yazısında Sifarişçinin istəyindən asılı olaraq maksimum 3 link və 1 şəkil ola bilər. Əgər istisna hal varsa bu barədə Satıcı xidmətin məlumat bölməsində qeyd etməlidir.
- Tanıtım yazısında olan linklərin nofollow və ya dofollow olmasını Sifarişçi ilə Satıcı öz aralarında həll etməlidir.
- Tanıtım yazısı saytda ən azı 1 il qalmalıdır.
- Xidmət satışından qazanılan məbləğ əməliyyat yekunlaşdıqdan və Sifarişçi sifarişi təsdiq etdikdən sonra Satıcının balansına yüklənir.
- Balandan məxaric komissiyası 20%-dir.