Xarici SEO nədir? Backlink haqqında

Xarici SEO nədir? Backlink haqqında

Xarici SEO daxili SEO optimizasiyası bitmiş saytın digər saytlardan və sosial media platformalarından link alması yoluyla edilən yaxşılaşdırma çalışmalarıdır.

Xarici SEO bir saytdan mətn şəklində və ya vizualda backlink yaradılaraq edilir. Alınan backlinklərin keyfiyyəti və dəqiqliyi xarici SEO-dan daha yaxşı faydalanmağı təmin edir.

Saytınıza xarici saytlardan alacağınız backlinklər səhifənizin axtarış sistemlərinə tövsiyə olunmasını ifadə edir və marka dəyərini artırır. Axtarış sistemləri alınan backlinklərin dəyərini, dəqiqliyini, çeşidini və sayını izləyərək sizi bu kriteriyalara görə axtarış nəticələrində siyahıya alır.

Xarici saytlardan backlink alınarkən diqqət yetirilməsi vacib olan bəzi kriteriyalar var: backlink alınarkən saytın dəyəri, saytın daha əvvəl link verdiyi saytlar, saytın aldığı backlinklər və sayt məzmunu həmin kriteriyalar arasında yer alır. Eyni zamanda, saytın istifadəçi baxımından istifadə asanlığı, daha əvvəl axtarış sistemlərindən cəza almaması, linkin necə alındığı da bu kriteriyalara daxildir.

Saytdan backlink alındığı zaman bir mətn vasitəsilə alınacaqsa, bir ədəd açar sözlə çalışma edilən səhifəyə bir domain və bir açıq URL şəklində alınması məqsədəuyğundur.

Əgər mətn vasitəsilə backlink alınırsa, hər sayt üçün fərqli mətndən istifadə etmək lazımdır. Həmin mətnlərdə təkrar məzmun olmaması və spam ediləməsi vacibdir. Link alınarkən bütün linklər dofollow kimi alınmamalıdır. Dofollow və nofollow faizləri bir-birinə yaxın rəqəmlər olmalı və beləliklə spam təhlükəsi yaratmamalıdır.

Backlink alınarkən əgər rəqibiniz varsa, onun backlink aldığı keyfiyyətli saytlara üstünlük verilməlidir. Daha sonra rəqibinizin backlink almadığı saytlardan da backlink alaraq önə keçə bilərsiniz. Backlink alarkən qısa müddətdə çoxlu backlink almaq zərərlidir. Alınan linklər günlərə bölünməli və davamlılıq təşkil etməlidir.

Azərbaycanda backlink (tanıtım yazısı) satışı göstərən tək sayt olaraq xidmətinizdəyik. Siz www.backlink.az saytımızdan istifadə edərək saytınız üçün backlink ala bilərsiniz. Bunun üçün saytımızda yerləşdirilmiş xidmətlərdən istifadə edərək müxtəlif saytlarda, forumlarda, sosial şəbəkələrdə tanıtım yazılarınızı yayımlaya bilərsiniz.