Tanıtım yazısı nədir? Necə yazılır? Harada dərc olunur?

Tanıtım yazısı nədir? Necə yazılır? Harada dərc olunur?

Tanıtım yazısı internetdə, sosial mediada qalıcı və keyfiyyətli reklam vasitəsidir.

İnternetdə reklamlar həftəlik, aylıq və illik ola bilər. Yəni müddəti və ödəniş haqqını seçib, reklamınızı yerləşdirə bilərsiniz. Vaxt bitdikdə uzadarsınız, əks təqdirdə, reklamınız dayandırılacaq.

Bir çox insan tanıtım yazısının nə olduğunu bilmir. Bəziləri isə buna üstünlük vermir.

Tanıtım yazısı nədir?

Layihə ilə əlaqəli məlumatların əks olunduğu mətnə tanıtım yazısı deyilir. İdeal reklam üsullarından sayılır.

Tanıtım yazısı nə işə yarayır?

Tanıtım yazıları müxtəlif saytlarda yerləşdildikdə veb saytınızın axtarış nəticələrində çox çıxmaq şansı da artır. Həmin yazıları oxuyanlar asanlıqla sizinlə əlaqə yaradır. Tutalım, 20 fərqli saytda yayımlamısınız, bu, daha çox əlaqə anlamına gəlir.

Obrazlı şəkildə desək, internet dəniz, insanlar balıq, tanıtım yazısı yem, yazını dərc etdiyiniz sayt isə qırmaqdır. Balıqlar qırmaqda yem olan tanıtım yazısını görür, onları ovlamaq isə sizə qalır.

Tanıtım yazısı necə yazılır?

Tanıtım yazısını hər kəs yaza bilməz. Hələ SEO-ya uyğun tanıtım yazısını yazan ümumiyyətlə tapmaq çətin məsələdir. Ancaq üzülməyə dəyməz. Çünkü Backlink.az layihəsi çərçivəsində tanıtım yazısı yazmağı bacaran mütəxəssislər də sistemə cəlb olunub. Xidmətlər siyahısında saytınız üçün məqalə yazan, tanıtım yazısı yazacaq şəxslər ilə də tanış olub sifarişlərinizi verə bilərsiniz. Yazını yazan şəxsdən çox şey asılıdır. Keyfiyyət həlledici rol oynayır.

Tanıtım yazısı harada dərc oluna bilər?

Günümüzdə ödənişsiz bloqlarda yayımlanır. Burada incə bir məqam var: yazarın peşəkarlığı yazının keyfiyyətini, yazının keyfiyyəti işin dəyərini artırır. Yazıların dərc olunduğu saytlar da bu dəyərə təsir göstərir. Gözəl tanıtım yazıları keyfiyyətli saytlara yerləşdirildikdə mükəmməl nəticə əldə oluna bilir. Tanıtım yazılarınızı yayımlamaq üçün Backlink.az sizə yardımcı olmaq üçün yaradılıb. Təhlükəsiz formada tanıtımızını sistemdə qeyd olan bütün saytlarda, forumlarda, sosial şəbəkələrdə və s. yayımlaya bilərik.

Tanıtım yazısı işinizin güzgüsüdür. Bu güzgünü kimin necə və harada saxladığı çox önəmlidir. Tanıtım yazısı yazılır, dərc olunur, sayt bağlananadək orada qalır. Yəni qalıcıdır.

Bazarda bir çox fərqi və təşkilat halında fırıldaqçılar var, pulunuzu onlardan qorumaq üçün diqqətli olmalısınız.