SEO nədir? Necə işləyir?

SEO nədir? Necə işləyir?

SEO termini Search Engine Optimization söz birləşməsinin baş hərfləridir. Axtarış sistemi optimizasiyası mənasını verən SEO ifadəsi yazıldığı kimi işlədilir.

Tamamilə marketinq sektoruna aid olan mövzudan yaradılan vebsaytın hədəflədiyi kütləyə çatması üçün bu, əlverişli vasitədir. Marketinq baxımından medianın istifadə imkanları olduqca əhəmiyyətlidir. Buna görə internet vasitəsilə marketinq, interaktiv marketinq, (Search Engine Marketing) axtarış sistemi marketinqi kimi anlayışlarla da xarakterizə olunan bu yeni sahənin əhəmiyyəti getdikcə artır.

Əvvəlcə marketinq bazarına daxil olan digər anlayışlara nisbətən SEO-nun niyə belə vacib olduğunu araşdıraq. İnternet istifadəçiləri axtardıqları məzmunu saytlardan tapmaq üçün axtarış sistemlərindən istifadə edirlər. Bu sektorda ən çox pay "Google"-a məxsusdur. Vebsayt layihələrində SEO optimizasiyası böyük rol oynayır.

Sistemdə istifadə olunan vasitələrdə bütün axtarış sistemlərinə müraciət olunur. Lakin tətbiqlərin "Google" vasitəsilə sınaqdan keçirildiyini və dəqiq nəticənin əldə olunduğunu söyləyə bilərik.
Tutaq ki, bir təqdimat hazırlatmaq istəyirsiniz. "Google"-da "təqdimat" kəlməsini axtarışa verərək çıxan nəticələrə görə araşdırma aparmaq istədiyiniz "təqdimat" hazırlayan şirkətlə gördüyü işləri, nümunələri, referansları incələmək istəyirsiniz. Vebsaytlara girib incələmə edirsiniz. Sonra seçimləri dəyərləndirib sərfəli görünən şirkətlərlə əlaqə qurursunuz.

Çox təsirlidir: bir məhsul və ya xidmət ala bilirsiniz, həmçinin davamlı olaraq müştəri qazanırsınız. Hər hansı satış işçisi işlətmədən müştəri özü təbii yollarla sizi tapır.

Ancaq bu iş göründüyü qədər sadə deyil. Müştərilərin diqqətini çəkmək üçün rəqabət apardığınız minlərlə sayt var. Belə halda, yaratdığınız sayta diqqət yönəltmək çətin və bahalı prosesdir. Bunu reallaşdırmağın ödənişli yolu da mövcuddur. "Google Adwards" reklamları ilə istədiyiniz ifadələrlə "Google" təbii axtarış nəticələrinin üstündə və altında saytınızı təqdim edə bilərsiniz.

Buna baxmayaraq, istifadəçilərin yalnız 5%-i "Adwards" reklamlarına tıklama edirlər. Buna görə veb layihələrində SEO-nun əhəmiyyəti daha da artır. İstifadəçilərin 95%-nin tıkladığı təbii axtarış nəticələrində yer almaq hər kəsin xəyalıdır. SEO-nun məqsədi məhz budur.

Bu məqaləni sizə sözügedən üstünlükdən istifadə edə bilməyiniz üçün hazırlamışıq. SEO-nun köməyilə istəklərinizi reallaşıra bilərsiniz.

SEO 2 hissəyə bölünür: Daxili SEO və Xarici SEO. Bunlar haqqında növbəti məqalələrimizdə daha ətraflı məlumat verməyə çalışacıq.